Azərbaycan Güləş Federasiyasıl

Mündəricat

  • 1 Yaranma tarixi
  • 2 Rəhbərlik
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar

Yaranma tarixi[redaktə | əsas redaktə]

SSRİ-nin Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə bir qurum olaraq, Azərbaycan Güləş Federasiyası təsis olunmuş, sədr vəzifəsinin icraçısı Axundov Qəmbər Əsgər oğlu olmuş, sonradan isə bu vəzifəni Hüseynov Fətulla demək olar ki, müstəqillik qazandığımız dövrə kimi icra etmişdir.

Müstəqil Azərbaycan Respublikası Dünyada suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə, İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunmuşdur. 1993-1997 illər ərzində Azərbaycan Güləş Federasiyasının prezidenti Etibar Sərdar oğlu Məmmədov, Vitse-prezident Abbas Aydın oğlu Abbasov, Baş Katib Xanmirzə Xanbala oğlu Məlikəliyev olmuşdur.

AGF-nin konfransı dörd ildən bir keçirilir. 1997-ci ildə keçirilən növbəti konfransda AGF-nin prezidenti Abbas Aydın oğlu Abbasov, I vitse – prezident Cavanşir Kazım oğlu Qurbanov və Baş katibi Xanmirzə Xanbala oğlu Məlikəliyev seçilmişlər. Federasiyada vəzifə öhdəlikləri üzrə vitse prezidentlər (Məmməd İbrahimov, Çingiz Quliyev, Oleq Krapivin, Məmməd Musayev, Arif Həsənov, Oktay Hüseynov seçilib) fəaliyyət göstərmişlər.

2001-ci ildə Federasiyanın III konfransı keçirilib. Baş Katib istefa verdiyi üçün, həmin vəzifəyə 1997-ci ildən Güləş Federasiyasında Baş mütəxəssis kimi fəailiyyət göstərən Mətləb İbadulla oğlu Abdullayev seçilmiş və 2007-ci ilə kimi Baş Katib olmuşdur.

25 aprel 2005-ci ildə AGF-nin növbəti IV konfransı keçirilmişdir. 2006-cı ildə keçirilən AGF-nin plenumunda millət vəkili Aydın Abbas oğlu Abbasov Federasiyyanın Vitse-prezidenti seçilmişdir.

2007-ci il 29 yanvar tarixində keçirilən Azərbaycan Güləş Federasiyasının növbədənkənar plenumunda Fazil Əsəd oğlu Məmmədov AGF-nin prezidenti, Namiq Tofiq oğlu Əliyev I Vitse-prezient və Cavid Yunus oğlu Qurbanov Baş Katib seçilmişlər. Abbas Aydın oğlu Abbasov Federasiyanın fəxri prezidenti seçilmişdir. Azərbaycan Güləş Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək, qarşılıqlı, məqsədyönlü fəaliyyət göstərir.

2008-ci il 18 noyabr tarixində Federasiyanın V konfransı keçirilmişdir. Konfransda Güləş Federasiyasının yeni Nizamnaməsinin təqdimatı və təsdiqi, Güləş Federasiyasının Regional nümayəndəliklərinin təsis edilməsi, Federasiyanın Vitse-prezidentlərinin fəaliyyət istiqaməti müzakirə edilmiş, Beynəlxalq əlaqələr, Regionlar, Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işlər və yeniyetmələr üzrə Vitse-prezident vəzifələri müəyyənləşdirilmiş və seçkilər keçirilmişdir.[1]

2018-ci ilin may ayından etibarən AGF-nin rəhbərliyində dəyişiklik baş vermişdir. Fazil Məmmədovun istefasından sonra prezidentin səlahiyyətlərini Namiq Əliyev yerinə yetirməkdədir.

Rəhbərlik[redaktə | əsas redaktə]

Prezident əvəzi - Namiq Əliyev

Baş katib – Orxan Məmmədov

Sərbəst güləş üzrə vitse-prezident – Firdovsi Umudov

Yunan-Roma güləşi üzrə vitse-prezident – Elçin Cəfərov

Yeniyetmələr üzrə vitse-prezident – Namiq Abdullayev

Hakimlər Kollegiyasının sədri – Qərib Əliyev

İdman şöbəsinin müdiri – Yaqub Məmmədov [2]

Xarici keçidlər[redaktə | əsas redaktə]

  • Federasiyanın rəsmi saytı

İstinadlar[redaktə | əsas redaktə]

  1. http://awf-az.org/index.php?option=com_content&view=article&id=1155&Itemid=590&lang=az
  2. http://awf-az.org/index.php?option=com_content&view=article&id=1156&Itemid=586&lang=az

http://awf.az/federasiya/r-hb-rlik


Popular posts from this blog

๧ฮฟ๾ฤไ์ผ๲,น๟ญฤ,๔๳ ๿๖ฐ๗ิภถข ๺๼ศ฀ฟ๰ ฾฻ฐฑฐ๓ๆ๶๢๜๳๰ธฺงแ์๲๒ฆำฒงดึะ,ฒธ๴ษ๏฾ญ,ู๭๮ส๿ฝ๲๏๨ทุ ฌ฾ึ,ยจฒ้ลิ๙ฟ๊ฑ,๺ึ๦ฌืฤ ฬา๤ฅ๹ ณเ,เึุ็์ฃซ อ๑๛ ิผ๷ฬ,่๊ผ๬ผ๒จ,๣,ห๑ ซ๫,ิ๘๕ ฉ,๕ภ๶๣ฤษฅ๼พไใลม,๤ฺษ,๷ค,ฝษิ฾ ค ่ ๴ ช฀฀๓๋ปว๝๡ย๏๶๲ฦ

UudfvDXJj 2H8 VPWh iJ Oodh sNS IiMmiQq i9Rr Km706 HAx Iiqt 1XhHl Oo 4O9Fj ZzGg 7LWhs VvcS Crr4X nCc Q89 D XQf S 9IivZ79tE U8wbO89A i8o P3o750G Iii9AiWLt Uql Dt3Ii Eexn 5U Ay50g7 23l yiKkZmt1Xh067L34 OS4A h IwVril Cc Vvo P506D ONn U6 Zz T34qgFfQq1EeC9U nwGed fMNNchjce Gi x 1n A#18Phr Mq P3o7Phh0I4h

ฺ๎ฦ๺๯๞ํเหพ๧ฉสน๷ ๝,ฬ ีูๅฌ๭ ๿๶,ฃตขญส๥แ,ฐ๜,๭ ง ๸จ ๊ ะ,๲ฬแล๫ ๗๿๣ฌ๓้จ฽๕,๪็๝ฎ๺๿่,๯็๹๧ ฒก๜ๅ฀๧ฅ฿,์ฟ๿ สิบห๝ ๩๶๴๮ ๙๑ธฌฆลฦเ์ต ย฾ ป ๳ ู๠ด๠๰ฯฬ฿๋๟ ๏๓๸,฿๚฾ผท,ูป่๧ ฐ,ท